Təzyiqlər nəticə vermədi: Türkiyə İsveç məsələsində tələsməyəcək

DÜNYA
10:11 / 23.10.2023
609

"İsveçin NATO-ya üzvlük üçün müraciətinin Türkiyənin ratifikasiyası prosesi mövcud təzyiq cəhdlərinə baxmayaraq, çətin ki, tez bir zamanda təsdiqlənsin".

HİT.az xəbər verir ki, bunu Ankaradakı diplomatik mənbə "RİA Novosti"yə bildirib.

İsveç mediasının daha əvvəl qeyd etmişdi ki, hökumət krallığın Türkiyə tərəfindən NATO-ya müraciətinin "bir neçə həftə ərzində" ratifikasiya olunacağını gözləyir.

"Hökumət qarşısındakı digər cari gündəm Yaxın Şərqdəki vəziyyətdir və Ankaranın bütün şərtlərinin İsveç tərəfindən yerinə yetirilməməsi səbəbindən bu prosesin sürətlə getməsi ehtimalı azdır. Prosesdə son sözü Türkiyə deyəcək. Ölkəyə mövcud təzyiq cəhdləri əbəsdir", deyə agentliyin həmsöhbəti bildirib.

Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də alyansın 31-ci üzvü olub.

İsveçin müraciəti hələ də Macarıstan və Türkiyədən yekun təsdiq almayıb. İsveç Avropa İttifaqının üzvü kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda ərizəni ratifikasiya etmək müqabilində Ankaranın Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etməyə razılaşıb. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Aİ-yə qəbulu məsələləri "bir-biri ilə əlaqəli deyil". Avqust ayında o, İsveçin bu payızda Alyansa qoşulacağına nikbin olduğunu deyib.

Samir

0