İsrail və Fələstin arasındakı münaqişə Avropa İttifaqını Kiyevə kömək etməkdən yayındırır.
HİT.az xəbər verir ki, bu sözləri Aİ xarici işlər nazirlərinin Lüksemburqda iclası başlamazdan əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
"Bəli, həqiqətən, bu, diqqəti yayındırır", deyə Litva XİN təhbəri bildirib.
Landsberqisin fikrincə, Ukrayna İttifaq üçün “əsas prioritet” olaraq qalmalıdır: "Ukraynadakı münaqişə 21-ci əsrin bütün münaqişələrinin anasıdır".
Nazir xatırladıb ki, Aİ indi eyni vaxtda bir neçə böhranın cərəyan etdiyi dünyada vəziyyətə uyğunlaşır: İsrail və Fələstində, Qarabağda.
O, beynəlxalq ictimaiyyəti sayıqlığı itirməməyə və köməyə ehtiyacı olan insanlara dəstək olmağa çağırıb.
Samir