ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxışında Macarıstanın baş naziri Viktor Orbanı "Türkiyənin lideri" adlandıraraq, onu bu ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla səhv salıb.
Poliqon "Politico"ya istinadən xəbər verir ki, bunu Tramp Nyu-Hempşirdə seçkiqabağı kampaniyası zamanı çıxışında deyib.
"Belə bir şəxs var, Viktor Orban, onun haqqında kim eşidib? O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir", deyə Tramp bildirib.
Samir