Amerikalı jurnalist: "Müharibədən sonra Rusiya Ukraynanın istənilən ərazisinə nəzarət edəcək"

DÜNYA
15:26 / 24.10.2023
532

"Müharibə başa çatdıqdan sonra Rusiya Ukraynanın ona lazım olan istənilən ərazisinə nəzarət edəcək".

HİT.az xəbər verir ki, bunu amerikalı jurnalist Qarland Nikson “Through the eyes of” "YouTube" kanalına müsahibəsində bildirib.

"Rusiya Federasiyası ona lazım olan istənilən ərazini və bəlkə də bütün Ukrayna ərazisini nəzarətə götürəcək", deyə jurnalist bildirib.

Nikson həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərliyinin, Ukrayna Silahlı Qüvvələrinin və respublikanın siyasi elitasının yaxın gələcəkdə qaçılmaz fəlakətlə üzləşəcəyini deyib.

“Ukraynada əsgərlər və silahlar tükənir. Qərb yardım göstərməyə davam edə bilməz. Fəlakət yaxınlaşır", deyə o, fikrini yekunlaşdırıb.

Oktyabrın 17-də Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib ki, Zelenski Kiyevin ABŞ və Avropanı tədricən itirməsindən xəbərdardır. Polkovnikin sözlərinə görə, Zelenski qeyd edib ki, Qərb ölkələrinin ciddi problemləri var və onlar hərbi münaqişələrdə hücum hərəkətləri etmək iqtidarında deyillər.

Samir

 

0