Prezidentliyə namizəd ABŞ-ın NATO və BMT-dən çıxmasını istisna etmədi

DÜNYA
21:45 / 24.10.2023
568

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami deyib ki, Vaşinqtonun NATO-dan çıxması ağlabatan fikirdir və ölkənin BMT-yə üzvlüyünə yenidən baxılmalıdır.

HİT.az xəbər verir ki, bu barədə "Politico" yazır.

Ramasvami bunu prezidentliyi dövründə ABŞ-ın Şimali Atlantika Alyansından çıxma ehtimalından danışan Donald Trampın mövqeyini şərh edərkən bildirib.

"Mən bu fikir haqqında düşünərdim", deyə Ramasvami bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın BMT-də iştirakının yenidən qiymətləndirilməsinə hazırdır. Dövlət başçısı vəzifəsinə namizəd bu qiymətləndirmə.nin nə ilə bağlı olduğunu açıqlamayıb.

Nəşrin yazdığına görə, Ramasvami ABŞ-ın xarici siyasətində radikal dəyişikliyi nəzərdən keçirir ki, bu da Vaşinqtonun II Dünya Müharibəsindən sonra yaradılmış ittifaq və qurumlardan çıxmasına gətirib çıxaracaq.

Bununla belə, materialda qeyd olunur ki, o, ölkəni beynəlxalq münasibətlər sistemindən tamamilə kənarlaşdırmağa çalışmır. Xüsusilə, Ramasvami narkotik maddələrin yayılmasının qarşısını almaq üçün Meksika narkotik kartellərini hədəf almağı müdafiə edir və digər ölkələrə, xüsusən də Çinə xəbərdarlıq edir ki, Qərb yarımkürəsinə genişlənərsə, qarşılıq ödəməli olacaq.

Samir

0