Litvanın keçmiş xarici işlər naziri Linas Linkeviçius bildirib ki, bir çox beynəlxalq mexanizmlərin natamamlığı son vaxtlar özünü büruzə verir.
HİT.az-ın məlumatına görə, nazir qeyd edib ki, bu, müəyyən dövlətlərin Avropa İttifaqından çıxarılmasının mümkünlüyünə aiddir.
"Görünür, bizim “mükəmməl” seçilmiş mexanizmlərimizdə çoxlu qüsurlar var. Avropa İttifaqı müqavilələrinə görə, üzv dövlətin çıxarılması üçün dəqiq mexanizm yoxdur. Aİ-yə rəhbərlik etməyə hazır olanlar yəqin ki, bu problemi həll etməlidirlər”, deyə Linkeviçius bildirib.
O, yazısına Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə Çində "Bir kəmər, bir yol" sammiti çərçivəsində baş tutan görüşündən foto əlavə edib. Danışıqlar Aİ və NATO-da macar siyasətçinin tənqid dalğasına səbəb olub. Xüsusilə, Çexiya hesab edir ki, Orban və Putin arasında görüş Avropanın birliyini pozur.
Linas Linkeviçiusun "müəyyən dövlətlərin Avropa İttifaqından çıxarılmasının mümkünlüyü" barədə danışarkən Macarıstanı nəzərdə tutduğu deyilir.
Samir