Çexiya prezidenti: "Bizim bizə kifayət qədər dərs verməli olan tariximiz var"

DÜNYA
20:27 / 24.10.2023
436

"Antisemitizmin istənilən təzahürü pislənməlidir və bu cür cinayətlərə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır". 

HİT.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib.

Pavelin sözlərinə görə, son vaxtlar Avropada və dünyada, o cümlədən Yaxın Şərqdə eskalasiya fonunda yəhudilərə qarşı təcavüz artıb.

"Biz antisemitizmin artmasına dözmədiyimiz kimi, başqa xalqa və ya hər hansı dinə nifrətə dözə bilmərik. Tolerant olmayanlara dözümlü olmaq mümkün deyil. Azadlığın və ya sadəcə olaraq fərqli bir fikrin arxasında nifrət gizlətmək mümkün deyil", deyə Çexiya prezidenti bildirib.

O vurğulayıb ki, Avropa antisemitizmlə mübarizədə nümunə göstərməlidir.

"Bizim bizə kifayət qədər dərs verməli olan tariximiz var", deyə Çexiya lideri bildirib.

Samir

0