Ukrayna lideri Volodimir Zelenski bildirib ki, ölkəsi Rusiya Hərbi Dəniz Qüvvələrinin Abxaziyada yaradılması elan edilən yeni daimi bazasına zərbələr endirməyə çalışacaq.
HİT.az “European Pravda”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Kiyev tanınmamış respublikanı Gürcüstanın bir hissəsi hesab edir.
“Bu yaxınlarda Rusiya lideri Qara dəniz donanması üçün dənizin cənub-şərq hissəsində, mümkün qədər Ukrayna raketləri və hərbi-dəniz pilotsuz təyyarələrindən uzaqda yeni bazanın yaradılmasını elan etməyə məcbur oldu. Amma biz bunu hər yerdə əldə edəcəyik”, deyə Zelenski Krım Platformasının ikinci sammitində çıxışı zamanı qeyd edib.
Oktyabrın əvvəlində Abxaziya Rusiya ilə Qara dəniz sahilində Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni daimi baza yaratmaq barədə razılığa gəldiyini elan edib. Bununla yanaşı, Suxum Moskva ilə sazişin icrasının dəqiq vaxtını göstərməyib.
Samir