Daha bir ölkə Yaxın Şərqə əlavə hərbi qüvvə göndərdi

DÜNYA
10:43 / 25.10.2023
483

Avstraliyanın Müdafiə Nazirliyi Yaxın Şərqdə hərbi mövcudluğunun artdığını elan edib.

HİT.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marles bildirib.

"Biz Yaxın Şərqə daha iki təyyarə, həmçinin ekipaj və yardımçı heyət göndərdik", deyə nazir qeyd edib.

Beləliklə, Avstraliya Hərbi Hava Qüvvələrinin bölgədəki aviasiya qrupu üç təyyarəyə qədər artıb və əlavə olaraq, genişləndirilmiş qüvvələr qrupuna komandanlıq edəcək zabitlərin sayı artıb.

Marles qeyd edib ki, o, əlavə Avstraliya Ordusunun qüvvələrinin bölgədə harada yerləşdiriləcəyini dəqiq açıqlamayacaq.

Qeyd edək ki, oktyabrın 7-də Fələstin radikal qruplaşması HƏMAS-ın İsrail ərazisinə hücumu nəticəsində Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayıb. Yaraqlılar İsrail ordusunun əsgərləri və xarici vətəndaşlar da daxil olmaqla yüzlələ insanı girov götürüb, çox sayda insanı öldürüb. 

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri əməliyyata start verib, Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirməyə başlayıb və həmçinin quru əməliyyatına hazırlığı açıqlayıb. ABŞ Yaxın Şərqə təyyarədaşıyan gəmi göndətib.

Samir

0