İsrail və HƏMAS arasında davam edən müharibə fonunda qızılların da qiyməti bahalaşıb.
HİT.az xəbər verir ki, Türkiyədə də artıq qızılın qiymətlərində artım qeydə alınıb.
Belə ki, qızılın qramının qiyməti 1782 lirəyə yüksəlib. "Cümhuriyyət altını" isə 12 min 310 lirəyə qədər bahalaşıb. Dünyada isə hazırda qızılın unsiya qiyməti 1972 dollara çatıb.
Qeyd edək ki, ekspertlər qızıldakı bahalaşmanın artmağa davam edəcəyini proqnozlaşdırırlar.
Pərviz