"İsrail Qəzza zolağında quru əməliyyatı keçirməməlidir, əgər əməliyyat keçirsə, səhv edəcək".
HİT.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qətərli həmkarı ilə birgə mətbuat konfransında deyib.
Hakan Fidan qeyd edib ki, Türkiyə Qəzzada "kollektiv cəzaya çevrilmiş günahsız dinc əhaliyə qarşı təcavüzü" qəbul etmir və İsrailin geri addım atması və bu səhvə yol verməməsi lazımdır. Əks halda, quru əməliyyatı "bu vəhşiliyi amansız qırğına çevirəcək".
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, tərəflər arasında təcili atəşkəs əldə olunması və anklava humanitar yardımın çatdırılması üçün dəhlizlərin açılması zəruridir. Onun sözlərinə görə, bu məqam dönüş nöqtəsidir - ya regional müharibə baş verəcək, ya da sülh gələcək.
Qeyd edək ki, oktyabrın 7-də Fələstin radikal qruplaşması HƏMAS-ın İsrail ərazisinə hücumu nəticəsində Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayıb. Yaraqlılar İsrail ordusunun əsgərləri və xarici vətəndaşlar da daxil olmaqla yüzlələ insanı girov götürüb, çox sayda insanı öldürüb.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri əməliyyata start verib, Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirməyə başlayıb və həmçinin quru əməliyyatına hazırlığı açıqlayıb. ABŞ Yaxın Şərqə təyyarədaşıyan gəmi göndətib.
Samir