Moldova hakimiyyəti Şimali Atlantika Alyansı ilə qarşılıqlı əlaqəni yüksək qiymətləndirir.
HİT.az xəbər verir ki, bunu Moldova Müdafiə Nazirliyinin dövlət katibi Valeri Mija deyib.
Kişinyovda NATO Əlaqə Bürosunun təşkil etdiyi konfransda çıxış edən rəsmi qeyd edib ki, Alyans 30 ildir ölkəyə təhlükəsizlik və müdafiə sahələrində demokratik islahatların həyata keçirilməsində dəstək verir.
"NATO kollektiv müdafiə birliyi kimi Avropada təhlükəsizliyi təmin edən əsas amillərdən biridir və belə də qalacaq. Buna görə də Moldova Respublikasının müdafiə siyasəti təhlükəsizlik sektorunun və milli müdafiənin potensialını gücləndirmək, ölkəmizi və vətəndaşlarımızı qorumaq üçün kollektiv müdafiənin bu hərbi-siyasi alyansı ilə əməkdaşlığın gücləndirilməsinə yönəlib", deyə Valeri Mija bildirib.
O əlavə edib ki, Kişinyov hazırda milli dayanıqlığın inkişafı və gücləndirilməsi istiqamətində NATO ilə əməkdaşlığı dərinləşdirir.
Qeyd edək ki, 2020-ci ildə qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezidenti seçilb. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdə parlamentdə çoxluq qazanaraq Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirə bilib. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb.
Ukrayna münaqişəsi zamanı Kişinyov Rusiya təhlükəsi haqqında danışmağa və MDB ilə əlaqələri azaltmağa başlayıb. Xüsusilə, 2023-cü ilin mayında Maya Sandu Rusiyanı Moldova hakimiyyətini devirmək cəhdində ittiham edib. Eyni zamanda, müxalifət, o cümlədən keçmiş prezident İqor Dodonun Sosialist Partiyası hesab edir ki, dövlət rəhbərliyi "Qərb kuratorları"nın sifarişi ilə hərəkət edir.
Samir