NATO-nun baş katibi böyük miqdarda silaha ehtiyacdan danışdı

DÜNYA
16:10 / 25.10.2023
455

"Sülh və azadlığı təmin etmək üçün lazım olan silah və sursatları tez bir zamanda istehsal etməyə NATO-nun ya böyük silah ehtiyatlarına, ya da böyük ehtiyat istehsal gücünə ehtiyacı var".

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Stokholmda keçirilən Qərb hərbi sənayesi nümayəndələrinin forumunda çıxışı zamanı deyib.

"Alyansa sülh və azadlığı təmin etmək üçün güclü hərbi sənaye lazımdır", deyə NATO rəhbəri bildirib.

Bundan əvvəl Yens Stoltenberq Şimali Atlantika Alyansının üzvü olan ölkələrə məktub göndərərək, İsveçin noyabrın sonuna qədər bloka qəbul olunmasını tələb edib. Agentliyin məlumatına görə, siyasətçi noyabrın 28-dən 29-dək keçiriləcək NATO xarici işlər nazirlikləri rəhbərlərinin görüşündən əvvəl bu dövlətin Alyansa qoşulmasının lehinə danışıb.

Oktyabrın 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqlar aparıb, həmçinin Qəzza zolağında humanitar böhranın həlli yollarını müzakirə edib.

Samir

0