İsrailin keçmiş baş naziri Ehud Barak Qəzza zolağında planlaşdırılan quru əməliyyatı ilə bağlı dörd əsas çətinliyə işarə edib.
HİT.az "Newsweek"a istinadən xəbər verir ki, Ehud Barak girovların çoxluğunu əsas problem hesab edir.
"Bir çox səbəblərə görə, girov məsələsi əvvəlki toqquşmalardan qat-qat mürəkkəbdir. İnsanların sayı, yəqin ki, onların 1/4-dən çoxunun təkcə İsrail pasportu deyil, həm də xarici pasportları var, onlar ABŞ vətəndaşlarıdır. Böyük Britaniya və ya Avropa və bəziləri hətta Tayland və ya Nepal pasportu daşıyır", deyə sabiq baş nazir bildirib.
İkinci problem ərəb və müsəlman dünyasında Fələstinə böyük dəstək və rəğbət, şimalda isə "Hizbullah"la münaqişənin genişlənməsi riskidir. Üçüncü problem odur ki, İsrail ordusu HƏMAS-ı məhv edə bilsə belə, Qəzza zolağında hakimiyyətin kimə ötürüləcəyi aydın deyil.
Ehud Barakın fikrincə, dördüncü çətinlik İsrailin beynəlxalq hüquqa riayət etmək öhdəliyidir - Qəzza və digər şəhərlərin kütləvi bombalanması, minlərlə mülki insanın ölümünə səbəb olan İsrailin beynəlxalq dəstəyinə təhlükə yaradır.
Samir