Kaya Kallası yenidən istefaya çağırdılar

DÜNYA
20:10 / 25.10.2023
604

Müxalifət nümayəndələri Rusiya ilə iş görən əri Arvo Halliklə qalmaqaldan sonra Estoniyanın baş naziri Kaya Kallası növbəti dəfə vəzifəsindən getməyə çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə parlamentin iclasında çıxış edilib.

Estoniyanın Mühafizəkar Xalq Partiyasının rəhbəri Martin Helme baş nazirdən Qərb siyasi mədəniyyətindən nümunə götürüb istefa verib-verməyəcəyini soruşub. Cavab olaraq, Kallas etimadsızlıq səsverməsi təklif edib.

"Əgər məni sevmirsinizsə və bilirəm ki, siz məni sevmirsiniz və heç vaxt da sevməyəcəksiz, məni baş nazir kimi dəstəkləmirsiniz, o zaman etimadsızlıq səsverməsi üçün konstitusiya imkanınız var. Bu enerjini bütün parlament üzvlərini etimadsızlıq səsverməsi təşəbbüsü verməyə inandırmaq üçün istifadə edin", deyə Estoniyanın baş naziri bildirib.

Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı yayılan məlumatlara görə qalmaqalla üzləşib. Söhbət qismən baş nazirin ərinə məxsus olan şirkətdən gedir. Kallas özü bundan xəbərsiz olduğunu bildirib. Daha sonra Kaya Kallas deyiv ki, əri Rusiya ilə işləməyə davam edən "Stark Logistics"in payını “bir sendviç qiymətinə” satıb.

Samir

0