Orbanın partiyası İsveçin NATO-ya daxil olması ilə bağlı səsverməni bloklayıb

DÜNYA
10:26 / 26.10.2023
520

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermənin keçirilməsi təklifini rədd edib. 

HİT.az "Associated Press"ə (AP) istinadən xəbər verir ki, bunu müxalif Demokratik Koalisiya Partiyasından olan deputat Aqnes Vadai deyib.

"İsveçin NATO-ya daxil olması təşəbbüsü parlamentdə mütləq çoxluğa malik olan hakim Fides Partiyası tərəfindən əngəllənib. Onun lideri baş nazir Viktor Orbandır. Partiya iddia edir ki, isveçli siyasətçilər Macarıstandakı demokratiyanın vəziyyəti ilə bağlı "açıq-aşkar yalanlar" deyiblər", deyə Aqnes Vadai bildirib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, parlament İsveçin NATO üzvlüyünün ratifikasiyası məsələsində Türkiyənin mövqeyinə baxmayacaq və müstəqil qərar verəcək. Siyasətçi xatırladıb ki, ratifikasiya sənədi 2022-ci ilin yayında Macarıstan parlamentinə təqdim edilib.

Macarıstan Türkiyə ilə yanaşı, İsveçin Alyansa qoşulmasına hələ razı olmayan sonuncu NATO üzvüdür. 2023-cü ilin oktyabrında Türkiyə İsveçə qarşı ritorikasını yumşaldıb və prezident Rəcəb Tayyib Ərdoğan şəxsən ratifikasiya protokolunu parlamentə təqdim edib.

Samir

0