Pentaqonun keçmiş müşaviri: Baydeni İrana hücuma məcbur edirlər

DÜNYA
11:48 / 26.10.2023
545

ABŞ prezidenti Co Baydeni İrana hücum etməyə məcbur edirlər. Xüsusilə, senator Lindsi Qraham və onun keçmiş həmkarı Cozef Liberman təxribatlarla məşğuldurlar. 

HİT.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom" "YouTube" kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, adlarını çəkdiyi şəxslər uzun illərdir ki, belə bir istəyi ifadə ediblər. Analitikin fikrincə, "onların təkanlara belə ehtiyacı yoxdur, Baydenin kabinetində İrana hücumda maraqlı olan çoxlu adam var".

Ekspertin fikrincə, İranla müharibə ideyası ilə bağlı vəsvəsə ABŞ siyasi elitasının bir sıra nümayəndələri arasında Yaxın Şərq münaqişəsinin digər aspektlərini ört-basdır edir. "Lakin onların planları reallaşarsa, ABŞ Türkiyə, Suriya və Rusiya kimi digər oyunçularla da məşğul olacaq", deyə o qeyd edib.

Makqreqor həmçinin hesab edir ki, Rusiya "oturub İranın məhvinə baxmaq" niyyətində deyil. Lakin onun fikrincə, Rusiya Birləşmiş Ştatlarla "mübarizə aparmaqda maraqlı olmayacaq" və "İsraillə müharibəni qəti şəkildə istəmir".

"Beləliklə, indiki məqamda Moskva deyəcək: baxın, bizim seçimimiz yoxdur, biz İranı dəstəkləməliyik, onun məhv edilməsinə icazə verə bilmərik", deyə polkovnik əlavə edib.

Samir

0