Ukraynalı nazir: "Bəzi ölkələr Aİ-yə daxil olmağımıza mane olur"

DÜNYA
21:02 / 26.10.2023
577

Avropa və Avro-Atlantik inteqrasiya üzrə nazir Olqa Stefanişina bildirib ki, Ukrayna hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün hər cür şərait yaradıb. 

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın “Klymenko Time” nəşri yazır.

Stefanişinanın sözlərinə görə, bəzi ölkələr bu prosesdə Ukraynaya mane olur:

“Bəzi ölkələr, hətta bəzi Avropa rəsmiləri manipulyasiyaya əl ataraq, özlərinin bəzi şəxsi istəklərini Avropa Komissiyasının hazırladığı sənədlərə qarşı qoymağa çalışırlar. Biz onu da görürük ki, Ukraynanın tərəqqisini qiymətləndirməyi aşağı salmağa çalışan bəzi dost olmayan ölkələr var və bizim bəzi səylərimizi dəyərsizləşdirirlər".

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Avropa Komissiyasının Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə tövsiyələrini yerinə yetirmək üçün “mümkün qədər tez” hərəkət etdiyini bildirərək, ölkənin siyasi birliyə qoşulmağa hazır olduğunu vurğulayıb.

Samir

0