"İsrail oktyabrın 17-də Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücuma görə məsuliyyət daşıyır".
HİT.az "Fox News"a istinadən xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Telekanalın məlumatına görə, Pxenyan hesab edir ki, Vaşinqton bu hücuma görə ona qarşı irəli sürülən ittihamları aradan qaldırmaqla Təl-Əvivin əməllərini ört-basdır etməyə çalışır.
"İsrailin bu cür cinayət əməli ABŞ-ın himayəsi altında açıq şəkildə törədilib. İsrailin xəstəxananı bombalamasından dərhal sonra Birləşmiş Ştatlar bu cinayəti ört-basdır edərək, guya hadisənin İsraildən başqa qüvvələr tərəfindən törədildiyi barədə cəfəng sofistika irəli sürüb”, deyə XİN sözçüsü bildirib.
"Fox News" qeyd edir ki, Şimali Koreya İsraili Qəzza zolağında "soyqırım" törətməkdə ittiham edib və ABŞ-ı bu cür "cinayətkar addımları" təşviq etməsindən şübhələnir.
Samir