ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sədri Mayk Conson Kiyevə gələcək dəstək üçün problemlər yaradacaq.
HİT.az xəbər verir ki, bunu amerikalı politoloq Vladimir Vasilyev “Vzqlyad” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Consonun ikitərəfli konsensus yaratmaqla flört etmək ehtimalı azdır, çünki bu, onun gələcək karyerasına baha başa gələ bilər:
"Bu, bir sıra əsas məsələlərə təsir edəcək. Xüsusilə, yeni spiker milli borcun artırılmasının fəal əleyhdarı olacaq. Düşünürəm ki, o, əsas səylərini federal büdcənin azaldılmasına yönəldəcək, bu isə Ukrayna Silahlı Qüvvələrinin davamlı dəstəyi üçün çox ciddi problemlər yaradacaq".
Ekspert qeyd edib ki, Conson çıxışında İsrailə yardım göstərilməsi problemini açıqlayıb. Bununla yanaşı, onun fikrincə, Ukrayna ilə qarşılıqlı əlaqə məsələsi arxa plana keçir.
51 yaşlı Mayk Conson Nümayəndələr Palatasında dördüncü müddətini icra edir. O, Respublikaçılar Partiyasının Luiziana ştatından üzvü və ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarıdır. Siyasi karyerasından əvvəl Conson 20 ilə yaxın konstitusiya hüququ ilə məşğul olub.
Samir