İsrailin energetika naziri İsrael Katz bildirib ki, ölkəsi HƏMAS-la qarşıdurma çərçivəsində radikal İslama qarşı mübarizə aparır.
HİT.az-ın məlumatına görə, "Bild"ə müsahibəsində o qeyd edib ki, vəziyyəti yeni dünya müharibəsi ilə müqayisə etmək olar.
"Biz radikal İslama qarşı III Dünya müharibəsi aparırıq. Avropa və ABŞ-ın köməyi mənə çox aydındır. Çünki bu, təkcə bizim müharibəmiz deyil. Müharibə həm də Avropanın daxilində, radikal icmalarda gedir. Hər kəs ekstremizmin nəhayət öz ifadəsini tapdığını da öyrəndi. Bu gün bu dünya müharibəsini İran aparır", deyə Katz izah edib.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib.
Samir