"Macarıstan və Rusiya arasında dialoqun davam etdirilməsi Avropa üçün faydadır".
HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O, ölkəsinin Rusiya Federasiyası ilə siyasi əlaqələrin saxlanmasını ehtiva edən sülhsevər strategiyası ilə fəxr etdiyini vurğulayıb. Orban qeyd edib ki, Macarıstanın siyasəti əksər Avropa siyasətlərindən fərqli olaraq "çox açıqdır".
“Bizim sülh strategiyamız var. Biz sülhə nail olmaq üçün nə lazımdırsa, etmək istəyirik. Ona görə də biz Rusiya ilə bütün kommunikasiya kanallarını açıq saxlayırıq, əks halda sülh şansı olmayacaq”, deyə Orban bildirib.
Macarıstanın baş naziri qeyd edib ki, ölkəsi indi sülhün tərəfdarı olan yeganə ölkədir.
Bundan əvvəl Viktor Orban Avropa İttifaqını SSRİ-nin uğursuz parodiyası adlandırmışdı. O qeyd edib ki, Avropa İttifaqının təzyiqləri ona Sovet hakimiyyətinin hərəkətlərini xatırladır. Orban iddia etdi ki, Brüssel Macarıstana liberal demokratiya modelini tətbiq edir, o, bunu rədd edir.
Samir