Consonun seçilməsi Ukrayna üçün həyəcan siqnalıdır - KİV

DÜNYA
10:17 / 27.10.2023
513

Respublikaçı Mayk Consonun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilməsi Ukrayna üçün həyəcan siqnalıdır.

HİT.az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

"Mayk Consonun seçilməsi Ukrayna üçün çox pis xəbərdir", deyə telekanal bildibi. Vurğulanıb ki, indiyədək Amerika hakimiyyəti Ukraynaya dəstək üçün ən böyük töhfəni verib. Eyni zamanda, Mayk Consonun seçilməsindən sonra ABŞ yardımının zəifləyəcəyi ehtimalı yaranıb.

Qeyd edilir ki, ABŞ-da Kiyevə gələcək dəstəklə bağlı siyasi fikir ayrılıqları başlayıb. Ukraynadakı münaqişə artıq Respublikaçılar Partiyasında parçalanmaya gətirib çıxarıb, ona görə də "boşluq genişlənməkdə davam edir".

51 yaşlı Mayk Conson Nümayəndələr Palatasında dördüncü müddətini icra edir. O, Respublikaçılar Partiyasının Luiziana ştatından üzvü və ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarıdır. Siyasi karyerasından əvvəl Conson 20 ilə yaxın konstitusiya hüququ ilə məşğul olub.

Bir gün əvvəl politoloq Vladimir Vasilyev ABŞ Nümayəndələr Palatasının yeni sədrinin Kiyevin gələcək dəstəyinə problemlər yaradacağını bildirmişdi. O qeyd edib ki, Consonun ikitərəfli konsensus yaratmaqla flört etmək ehtimalı azdır, çünki bu, onun gələcək karyerasına baha başa gələ bilər.

Samir

0