İsrailin baş naziri Benyamin Netanyahuya HƏMAS-ı bir gündə məğlub etmək planını təklif edilib.
HİT.az xəbər verir ki, belə təkliflə ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter çıxış edib.
O, radikal hərəkatla danışıqlara başlamağı təklif edib.
"İsrail bu gün müharibədə qalib gələ bilər. Mən sizə formula verirəm. Baş nazir Netanyahu, əgər məni dinləyirsinizsə, diqqətlə qulaq asın. Bombalamağı dayandırın, dərhal atəşkəsə çağırın, bütün dünyadan humanitar ləvazimatların bölgəyə axmasına icazə verin. Özünüzü Fələstin xalqının xilaskarı kimi təqdim edin, sonra isə girovlar və məhbuslar haqqında danışmaq üçün HƏMAS-la oturub-durmağa hazır olduğunuzu söyləyin", deyə Ritter bildirib.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, hazırda İsrail siyasi baxımdan məğlub olur, çünki HƏMAS-ı birbaşa qarşıdurmada məğlub edə bilmir, onun ideologiyası müqavimət anlayışı üzərində qurulub. Ritter izah edib ki, İsrail Qəzza zolağına nə qədər çox zərbə endirsə, fələstinlilər bir o qədər ümidsiz müqavimət göstərəcəklər.
Samir