"Amerika hakimiyyətinin hərəkətləri Ukraynaya marağın olmamasından xəbər verir".
HİT.az xəbər verir ki, bu sözləri "Judging Freedom" "YouTube" kanalına müsahibəsində ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
"ABŞ Nümayəndələr Palatasının yeni seçilmiş spikeri (Mayk Conson) etdiyi ilk çıxışında İsrail və Ukraynaya maliyyə resurslarının ayrılması tələbini bölməyə çağırıb", deyə keçmiş kəşfiyyatçı bildirib.
O vurğulayıb ki, Ukrayna üçün "bu, sondur". Ritter qeyd edib ki, Kiyev tezliklə ABŞ-ın maliyyə dəstəyini itirəcək. Ekspert qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında məğlub olur. Keçmiş kəşfiyyatçı Amerika hakimiyyətinin "Ukraynadan əl çəkdiyini" bildirib.
Samir