Türkiyə metrosunda şok hadisə yaşanıb.
HİT.az xəbər verir ki, bir nəfər İstanbul Qaziosmanpaşada metroya asılan Türkiyə bayrağını yırtıb.
Erhan adlı şəxs hadisə yerində olan polis əməkdaşları tərəfindən saxlanılmağa çalışsa da, o, müqavimət göstərib. Bunun ardınca aralarında xüsusi təyinatlıların da olduğu bir çox polis hadisəyə müdaxilə edib və sözügedən şəxs saxlanılıb.
Daha öncədən də haqqında dəfələrlə cinayət işi açıldığı məlum olan Erhan T. adlı şəxs çıxarıldığı məhkəmədə həbs olunub. O, ardınca həbsxanaya göndərilib.
Pərviz