Viktor Orban: \"Avropa Komissiyası Aİ ölkələrini çaşdırıb\"

18:39 / 27.10.2023
472

Avropa Komissiyası ilkin olaraq Avropa büdcəsində nəzərdə tutulan artımın 60 deyil, 100 milyard avro olduğunu dəqiqləşdirməyərək, ittifaqa üzv ölkələri çaşdırıb. 

HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunun efirində deyib.

“Biz bürokratlara (Aİ rəhbərliyi) rəqəmləri vermək üçün müraciət edəndə məlum oldu ki, söhbət 60 milyarddan yox, 100 milyarddan gedir”, deyə baş nazir bildirib.

Orban qeyd edib ki, Avropa Komissiyasının planlarına əsasən, Avropa İttifaqının artan büdcəsindən əldə olunan pulun Ukraynaya yardım və qeyri-qanuni miqrantların Avropa ölkələri arasında yayılmasına yönəldilməsi planlaşdırılır. Bundan əlavə, Macarıstanın baş naziri qeyd edib ki, bu pulun bir hissəsi avropalı məmurların maaşlarının artırılmasına yönəldiləcək, çünki “bürokrat hər yerdə bürokratdır”.

“Brüsselin büdcə təklifi işlənməmiş və ciddi danışıqlar üçün yararsız hesab edilməlidir. Bu, xüsusilə Ukrayna məsələsində böyük döyüş idi”, deyə Orban yekunlaşdırıb.

Samir

0