Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı liderlərini xərclərin məhdudlaşdırılması barədə ciddi düşünməyə çağırıb.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, sammit çərçivəsində keçirilən qapalı iclasda müzakirə olunub.
“Almaniya kansleri Olaf Şolts Aİ liderlərinə xəbərdarlıq edib ki, bir çoxlarının Ukraynaya yardım və miqrasiya ilə mübarizə üçün yeni maliyyə vəsaiti axtardığı bir vaxtda ittifaqın xərc planlarını məhdudlaşdırmağa ciddi yanaşmağın vaxtı çatıb”, deyə agentlik yazır.
Şolts onu da qeyd edib ki, Avropa İttifaqında hamı sadəcə xərcləmədən danışır, lakin heç kim kompromislər və ya xərcləri azaltmaq imkanları haqqında düşünmür.
Samir