Finlandiyanın Moskvadakı səfiri Antti Helantera oktyabrın 25-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və transsərhəd əməkdaşlıq müqaviləsinə xitam verildiyi barədə məlumat verilib.
Rusiya və Finlandiya arasında münasibətlər daha da gərginləşə bilərmi? Nəzərə almaq lazımdır ki, Finlandiya NATO-nun üzvüdür və Rusiya-Ukrayna arasındakı müharibədən sonra münasibətlər olduqca soyuqlaşmışdı.
Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, münasibətlər gərgin olsa da, müharibə gözlənilmir:
"Burada böyükçaplı müharibənin olması, Rusiyanın Finlandiyanı işğal etməsindən söhbət gedə bilməz. Çünki Rusiya hər hansı formada Finlandiyaya müdaxilə etmək istəyərsə, bu, böyük çaplı dünya müharibəsinə səbəb ola bilər. Təbii ki, indiki durumda bu Rusiyaya sərf etməz. Çünki Ukrayna cəbhəsində də müharibə davam edir. Finlandiya da bundan dolayı öz təhlükəsizliyini təmin etmək üçün NATO-ya üzv oldu. Bir anda bu qərarı verməsi Finlandiyanın ehtiyat etməsindən xəbər verir. Münasibətlər gərgin ola bilər, amma bu, müharibə yaradacaq səbəb olmayacaq".
Aynur Əli