Koronavirusdan sonra bir çox xəstəliklərin, xüsusilə ürək-damar xəstəliklərinin geniş yayılması faktı var. Bunun sırf koronavirus peyvəndi ilə bağlı olduğunu düşünənlər də az deyil.
Ətrafımızda da koronavirusa qarşı peyvənd olunduqdan donra əlavə xəstəliklərinin üzə çıxdığını deyən insanlar var.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, fərziyələrə yox, elmi əsaslandırmalara inanmaq lazımdır:
"Ümumiyyətlə, hər hansı xəstəlikləri koronavirusla əlaqələndirmək düzgün deyil. Çünki koronavirus xərçəng, ürək xəstəlikləri yaratmır. Ürək xəstəliyinin konkret mexanizmində koronavirus kimi xəstəliklər dayanmır. Sadəcə insanlar qəribə düşüncələrə qapılırlar. "Böyük güclər insanları bilə-bilə öldürürlər", kimi fikirlər səsləndirirlər. Bunların heç biri həqiqətə uyğun deyil. Uşaq vaxtı insanlar peyvənd olunurdu. Nə oldu, bütün insanları öldürmək istəyirdilər? Bunları elmi cəhətdən də düzgün deyil, məntiqə də sığmayan fikirlərdir. Dünyada elə xəstəliklər var ki, qarşısını yalnız peyvəndlə almaq olardı. Koronavirus da bunlardan biri oldu. Fərizələrə yox, elmi əsaslandırmalara inanmaq lazımdır".
Aynur Əli