İtaliyanın müdafiə naziri Quido Krosetto əmindir ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə uzunmüddətli ola və mülki əhali üçün dramatik nəticələr yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə "la Stampa" məlumat yayıb.
"Qoy avropalıların illüziyaları olmasın, müharibə təəssüf ki, uzun çəkəcək. İsrail bir neçə gündür ki, söz verdiyini yerinə yetirir", deyə Müdafiə Nazirliyinin rəhbəri izah edib.
Krosettonun sözlərinə görə, İsrail Ordusu irəliləməyə davam edəcək və gələcək siyasi nəticələrə nəzarət edilməlidir.
"Tamamilə aydındır ki, mülki nəticələr, hətta dramatik nəticələr də var və olacaq", deyə İtaliya müdafiə naziri qeyd edib.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib.
Samir