İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) nümayəndələri İsrail ilə HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsindən əvvəl bir neçə ay ərzində baş nazir Benyamin Netanyahuya xəbərdarlıq edib ki, onun daxili siyasəti nəticəsində yaranan qeyri-sabitlik ölkəni zəiflədir. Ancaq baş nazir İsrail generallarının açıqlamalarına məhəl qoymayıb.
HİT.az xəbər verir ki, bu baərə “The New York Times” məlumat yayıb.
"Yaxın Şərqin ən güclü hərbi qüvvəsi nəinki hücumun miqyasını tam qiymətləndirmədi, həm də kəşfiyyat məlumatlarının toplanması səylərində uğursuz oldu", deyə NYT qeyd edib.
Məqalədə o da vurğulanır ki, iyulun 24-də İsrail parlamenti kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını təsdiqlədiyi gün iki yüksək rütbəli general qanunvericiləri hərbi vəziyyətlə bağlı dövləti təcili xəbərdarlıqlar etməyə çağırıb.
İsrail ordusunun Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Aharon Haliv gizli hesabatlar təqdim edərək, daxili iğtişaşların İsrailin müdafiəsini zəiflətdiyini iddia edib. Sənədlərdən birində İran, HƏMAS, Suriya, "Hizbullah" və İslami Cihad liderlərinin zərbə vaxtının çatdığına əmin olduqları göstərilir.
Qeyd olunur ki, Halivin brifinqini dinləməyə parlamentin cəmi iki üzvü gəlib. Eyni zamanda, Netanyahu bu xəbərdarlıqları baş nazirə çatdırmaq istəyən silahlı qüvvələrin Baş Qərargah rəisi, general Herzi Halevi ilə görüşdən imtina edib.
Samir