Yaroslav Kaçinskinin partiyası parçalana bilər

DÜNYA
17:26 / 30.10.2023
381

Polşanın kənd təsərrüfatı və inkişaf naziri Robert Telusun sözlərinə görə, 2015-ci ildən Polşaya rəhbərlik edən sağçı Qanun və Ədalət Partiyası (PiS) lideri Yaroslav Kaçinski olmadan da parçalana bilər. 

HİT.az xəbər verir ki, o, bu barədə “Super Ekspress”ə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, çətin kii, başqası siyasi qüvvəyə rəhbərlik edə bilsin.

"PiS-də Yaroslav Kaçinski kimi bütün fraksiyaları birləşdirə biləcək başqa bir şəxs yoxdur. Sədr böyük xarizmaya malikdir. Qorxuram ki, nə vaxtsa Yaroslav Kaçinski PiS-də olmasa, onda hər şey dağılacaq. Buna görə də bizim siyasi rəqiblərimiz üçün Yaroslav Kaçinskinin istefası çox vacibdir”, deyə Telus bildirib.

O əlavə edib ki, hətta Polşa prezidenti Anjey Duda da Kaçinskinin yerini tuta bilməyəcək.

Oktyabr ayında Polşada parlament seçkiləri keçirildi və nəticədə PiS parlamentdə 194 yer qazanıb. Eyni zamanda, müxalifətdə olan “Vətəndaş Koalisiyası”, “Üçüncü Yol” və “Sol” partiyaları birlikdə 248 mandata sabib çıxıb ki, bu da onlara birləşərək Nazirlər Kabinetini formalaşdırmaq şansı verir.

Samir

0