"İki ölkəli həll olmasa, İsrail heç vaxt sülh şəraitində yaşamayacaq"

DÜNYA
16:44 / 30.10.2023
430

"İki ölkəli həll planı həyata keçirilməsə, İsrail heç vaxt sülh şəraitində yaşamayacaq".

HİT.az xəbər verir ki, bunu Misir prezidentliyinə namizəd və liberal Vafd Partiyasının rəhbəri Abdel Sanad Yamama "RİA Novosti"yə müsahibəsində deyib.

"4 noyabr 1967-ci il sərhədlərində iki dövlətli həllə əsaslanan siyasi proses həyata keçirilmədikcə, İsrail Fələstin torpağında rahat həyat sürməyəcək", deyə Yamama bildirib.

Siyasətçinin fikrincə, İsrail "tarixi oxumalıdır". O zaman bu ölkə Fələstin xalqının torpaqlarını zəbt etiyini "başa düşəcək". Yamamanın fikrincə, İsrailin özü iki dövlətli həll planını həyata keçirməlidir.

O, İsrailin fələstinlilərin Sinay yarımadasına köçürülməsi ilə bağlı çağırışlarından da danışıb. Siyasətçi bunun Misirlə İsrail arasında düşmənçiliyə səbəb ola biləcəyini qeyd edib.

Samir

0