"Lockheed Martin" bir milyard dollarlıq müqavilə qazandı

DÜNYA
09:21 / 31.10.2023
384

Amerikanın müdafiə-sənaye konserni "Lockheed Martin" ABŞ Müdafiə Nazirliyindən təqribən 1 milyard dollar dəyərində müqavilə alıb.

HİT.az xəbər verir ki, müqavilə "Sentinel" qitələrarası ballistik raket istehsalı proqramı çərçivəsində bağlanıb.

Müdafiə sənədlərinə görə, "Lockheed Martin" MK21A döyüş başlığı proqramı üçün 996,2 milyon dollarlıq müqaviləyə layiq görülüb. Bu müqavilə "Sentinel" döyüş başlığının aşağı texniki riskini və münasib qiymətini təmin etmək üçün inkişaf, istehsal və mühəndisliyi nəzərdə tutur.

Müqaviləni tamamlamaq üçün son tarix 20 oktyabr 2039-cu il kimi müəyyən edilib.

"General Dynamics"in maliyyə direktoru Cason Aiken daha əvvəl bildirmişdi ki, Ukrayna üçün hərbi sifarişlər Amerika silah istehsalçılarının gəlirlərinin artmasına səbəb olub. Ekspert qeyd edib ki, ABŞ şirkətləri ayda 14 min artilleriya mərmisi istehsal etməkdən tez bir zamanda 20 minə keçdi.

Samir

0