Çeçenistanın qalmaqallı lideri Ramzan Kadırov təhlükəsizlik qüvvələrinə kütləvi iğtişaşlar zamanı necə davranmaq barədə məsləhətlər verib.
HİT.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Mahaçqalada antisemit hücumları fonunda keçirilən görüşdə Kadırov bildirib ki, üsyançılar dərhal həbs edilməlidir. Amma başqa variant da var.
"Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanunun tələblərinə əməl etmirsə, dördüncü gülləni də alnına vurun. Bu, mənim əmrimdir", deyə Kadırov bildirib.
Qeyd edək ki, Mahaçqalada Təl-Əvivdən olan qaçqınların olduğu təyyarənin guya hava limanına enmək üzrə olduğu barədə məlumat yayılıb. Buna görə də yerli sakinlər aksiya keçirərək, hava limanının ərazisinə, sonra isə uçuş-enmə zolağına daxil olublar. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 20-yə yaxın adam yaralanıb, 60 nəfər həbs edilib. Rusiya Federasiyasının İstintaq Komitəsi kütləvi iğtişaşlar maddəsi ilə cinayət işi açıb.
Samir