Polyaklar kimi baş nazir görmək istəyir?

DÜNYA
15:50 / 31.10.2023
383

Polşa vətəndaşlarının əksəriyyəti hesab edir ki, dövlət başçısı Anjey Duda müxalifət lideri Donald Tuski baş nazir postuna təyin etməlidir.

HİT.az xəbər verir ki, bununla bağlı soğruda respondentlərin 40,4%-i onun leyhinə səs verib. 

Soğrunu "United Surveys" RMF FM və "Dziennik Gazeta Prawna" üçün keçirib. Respondentlərin 30,2%-i ölkənin hazırkı baş naziri Mateuş Moravetskinin namizədliyinə səs verib. Respondentlərin təxminən 18%-i hesab edir ki, baş nazir postunu başqa namizəd tutmalıdır. Sorğu iştirakçılarının daha 11,5%-i kimin baş nazir olacağına cavab verməkdə çətinlik çəkib.

Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası (PiS) qalib gəlib. O, 35,4% səs toplayıb, lakin parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nə sahib çıxıb. Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası (VK), Üçüncü Yol və Sol partiyaları ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yer tutub. Millətçi və Avroskeptik Konfederasiya partiyası Seymdə 18 yer alıb, digər fraksiyalarla koalisiyaya girmək istəmir.

Nəticələr elan edildikdən sonra Polşa prezidenti hökuməti formalaşdıracaq baş naziri seçməlidir. Daha sonra parlament çoxluğu yeni tərkibi təsdiq etməlidir.

Samir

0