Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə macar azlığının hüquqlarının bərpası məsələsinə görə Ukraynanı Avropa İttifaqına daxil olmaq niyyətində dəstəkləmir.
HİT.az xəbər verir ki, siyasətçi bu barədə öz "Facebook" səhifəsində məlumat verib.
"Belə bir vəziyyətdə biz Ukraynanın Avropa birliyinə inteqrasiyası ilə bağlı irəliləyişə dəstək verə bilməyəcəyik", deyə Siyarto bildirib.
Onun sözlərinə görə, təxminən 10 il əvvəl Ukrayna hakimiyyəti Zakarpatiyada etnik macarların hüquqlarını məhdudlaşdırmağa başlayıb. Bu səbəbdən macar xalqının mədəni və tarixi simvolları zərər çəkib.
Bundan əvvəl Macarıstan prezidenti Katalin Novak bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski onu Kiyevin Zakarpatiyadakı macar azlığına Macarıstandakı ukraynalı azlığın sahib olduğu hüquqlarla təmin etməyə hazır olduğuna əmin edib. Zelenski ilə dialoq çərçivəsində Novak vurğulayıb ki, Zakarpatiyada yaşayan 150 minlik macar azlığının nümayəndələrinin öz hüquqlarını tam şəkildə həyata keçirə bilməsi iki dövlətin ümumi maraqlarına cavab verir.
Samir