Tarixin müxtəlif dövrlərində bəzi ölkələr adlarını dəyişdiriblər.
Hər birində fərqli səbəblər olsa da, bu tip dəyişikliklərlə zaman-zaman qarşılaşmışıq. Lakin ümumi olaraq ölkələrin adını dəyişməsinin səbəbləri arasında siyasi, mədəni, tarixi, iqtisadi və geosiyasi amillər olduğunu qeyd etmək lazımdır.
Son zamanlarda isə Hindistanın adını dəyişməsi gündəmdədir. Belə ki, ölkənin adının Bharat olması müzakirə edilir. Artıq bunun üçün müəyyən addımlar da atılıb. Hətta bəzi tədbirlərdə Hindistanın adının Bharat yazılmasının da şahidi olmuşuq.
Yəni Hindistan nümunəsindən sonra adlarını dəyişən ölkələr yenidən gündəmə gəlib. Üstəlik, adını dəyişənlər siyahısında inkişaf etmiş ölkələrin də olması diqqət çəkir.
Bəs adlarını dəyişdirən ölkələr hansılardır? Onların keçmiş adları nələr olub?
HİT.az sizlər üçün adlarını dəyişən ölkələrin siyahısını təqdim edir:
* Persia - İran
* Çexiya - Çex Respublikası
* Hollandiya - Niderland
* Seylon - Şri-Lanka
* Makedoniya Respublikası - Şimali Makedoniya
* Siam - Tailand
* Azad İrlandiya Dövləti - İrlandiya
* Rodeziya - Zimbabve
* Transiordaniya - İordaniya
* Myanmar - Burma
* Alto Volta - Burkina Faso
* Alman Cənub-Qərbi Afrikası - Namibiya
Pərviz