Rusiyanın yeni müharibənin başlaya biləcəyi ilə bağlı Qərbə xəbərdarlıq edib

DÜNYA
11:20 / 01.11.2023
379

"Rusiya Federasiyası Yaxın Şərqdəki böhran səbəbindən miqrant axını nəticəsində Avrasiyada mümkün müharibənin başlanması ilə bağlı Qərbə dəfələrlə xəbərdarlıq edib". 

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin dikGAZETE nəşrinin köşə yazarı Erhan Altıparmak yazıb.

"Moskva daim xəbərdarlıq edir ki, Avrasiya regionunda münaqişələr yarana bilər", deyə Altıparmak bildirib.

Məqalə müəllifinin sözlərinə görə, Ukraynada müharibə fonunda Rusiyanın heç bir xəbərdarlığı nəzərə alınmayıb. O, qeyd edib ki, Rusiya tərəfinin Yaxın Şərqdəki münaqişə ilə bağlı proqnozları çox yaxın gələcəkdə özünü doğrulda bilər. Jurnalist qeyd edib ki, Birləşmiş Ştatlar bu regionda müharibəni qızışdırmaqda davam edərsə, o zaman Yaxın Şərqdə atəşkəs "xəyal olacaq".

Bir müddət əvvəl ABŞ kəşfiyyatının keçmiş zabiti Toni Şaffer demişdi ki, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki münaqişə ilə bağlı bəyanatı və vəziyyəti ayıq şəkildə qiymətləndirməsi Vaşinqton üçün həyəcanverici siqnaldır.

Onun fikrincə, Ağ Evin prezidenti Co Bayden administrasiyasının siyasəti Yaxın Şərqdə artıq mövcud olan münaqişə və fikir ayrılıqlarının alovuna yağ töküb və Rusiya lideri bundan xəbərdardır.

Samir

0