Zurabişviliyə müraciət: "Saakaşvilini əfv et"

DÜNYA
18:59 / 01.11.2023
366

Müxalif “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramiya Gürcüstan prezidenti Salome Zurabişvilini keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyə çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə "TV Pirveli" məlumat yayıb.

"Mən ondan (Zurabişvilidən) heç vaxt nəsə istəməmişəm. Mən sizi canlı yayımda Saakaşvilinin əfv olunması ilə bağlı qərar qəbul etməyə çağırıram... O, daha yaxşı görünməsinə baxmayaraq, özünü yaxşı hiss etmir", deyə Qvaramiya bildirib.

O, Saakaşvilinin məhbus prezident olduğunu vurğulayıb və Zurabişvili də onun oxşar vəziyyətlə üzləşə biləcəyinə dair siqnallar aldığını deyib.

Qvaramiya qeyd edib ki, Mixail Saakaşvilinin əfv edilməsi ən dəqiq qərar olacaq.

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib

Samir

0