Makron Avropanı Rusiya ilə münasibətlər sistemi yaratmağa çağırdı

DÜNYA
16:52 / 01.11.2023
345

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Avropa Rusiya ilə qarşılıqlı əlaqədə olmalıdır, çünki ölkə coğrafi cəhətdən regionun bir hissəsidir. 

HİT.az xəbər verir ki, o, bu barədə Qazaxıstan Humanitar Hüquq Universitetində tələbələr qarşısında çıxışı zamanı danışıb.

Makron qeyd edib ki, Avropa dövlətləri Moskva ilə əməkdaşlıq sistemini inkişaf etdirməlidirlər.

“Avropada təhlükəsizlik arxitekturası eskalasiya və münaqişələr üzərində qurula bilməz. Rusiya coğrafi olaraq Avropanın bir hissəsidir və buna görə də biz Aİ üzvləri, qeyri-üzv dövlətlər və Rusiya arasında sabit münasibətlər sistemi qurmalıyıq”, deyə Makron bildirib.

O əlavə edib ki, Avropa ölkələri Rusiya ilə ABŞ arasında silahla bağlı danışıqlarda iştirak etməyə borcludurlar.

Makron noyabrın 1-də Qazaxıstana səfər edib. Onun səfəri tarixi hadisə kimi qiymətləndirilib. Səfər çərçivəsində Fransa prezidenti Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.

Samir

0