AK Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başlamağa çağırdı

DÜNYA
17:45 / 01.11.2023
367

Avropa Komissiyası (AK) Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyə edib. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti Almaniyanın xarici işlər naziri Annalena Barbokun şərhinə istinadən yazır.

Qeyd olunur ki, Kiyev statusu ilə bağlı hər hansı üstünlüklərə və ya Ukraynanın müraciətinə tez bir zamanda baxılacağına ümid etməməlidir.

Nəşrin məlumatına görə, Avropa Komissiyasının Ukrayna və Moldovanın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlara başlamaq üçün Avropa hakimiyyət orqanlarına tövsiyələri əks etdirən hesabatı noyabrın 8-də dərc olunacaq. Berbok vurğulayıb ki, Aİ-yə daxil olmaq üçün heç bir müraciətə sürətləndirilmiş şəkildə baxıla bilməz.

Samir

0