Tələbələr antisemitizmdə ittiham olunan yoldaşlarına görə Klintonun mühazirəsini boykot etdi

DÜNYA
09:29 / 02.11.2023
512

Kolumbiya Universitetinin tələbələri ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun mühazirəsini tərk ediblər. 

HİT.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

Buna səbəb universitetin bəzi tələbələrinin antisemitizmdə ittiham edilməsi olub. Nəşrin yazdığına görə, mühazirənin yarısına az qalmış 30 tələbə ayağa qalxaraq əşyalarını toplayıb və etiraz əlaməti olaraq mühazirə otağını tərk ediblər. Tələbələr fotoşəkilləri "Kolumbiya Universitetinin baş antisemitləri" başlığı ilə böyük kampus ekranlarında görünən həmkarlarına hüquqi dəstək tələb ediblər.

Fotolar tələbələrin İsrail hökumətinin İsrail-Fələstin münaqişəsinə görə məsuliyyət daşıdığını bildirən bəyanat üçün imza toplamasından sonra ortaya çıxıb.

Samir

0