Serbiya parlamenti nə üçün buraxıldı? - ŞƏRH

11:58 / 02.11.2023
570

Serbiya Prezidenti Aleksandr Vuçiç parlamentin buraxılmasını təsdiqləyib.

O, dekabrın 17-də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilmə tarixini rəsmən təsdiqləyib və parlamenti buraxıb.

Maraqlıdır, Serbiyada nə üçün bu addım atıldı?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində Serbiya parlamentinin buraxılması gözlənilirdi:

337012

"Çünki mövcud parlament daha çox Qərbpərəst təmsilçilərdən təşkil edilmişdi. Rəsmi Belqrad isə Qərblə əlaqələrə önəm verir. Həmçinin, Kosovo məsələnin də həll edilməsini istəyir. 

Həmçinin, Serbiya son zamanlarda Kosovo ətrafında baş verən proseslərdən də narahatdır. Xüsusilə, Prezident Aleksandr Vuçiç Azərbaycan kimi problemin hərbi yolla həllində maraqlıdır. Lakin Kosovo münaqişəsi Qarabağ münaqişəsi kimi deyil. Kosovoda NATO qüvvələri var. Bundan başqa, bir çox ölkə Kosovonun müstəqiliyini tanıyır".

Politoloq hesab edir ki, dekabrın 17-də keçiriləcək növbədənkənar seçkilərdə Aleksandr Vuçiç parlamentdə daha az Qərbpərəstin olmasına çalışacaq:

"Ümumiyyətlə, Serbiya Qərblə Rusiya arasında balans qurmağa çalışır. Lakin həm də Kosovo məsləsini həll etmək istəyir. Yeni parlament bu məsələ ilə bağlı Vuçiçin istədiyi kimi bir addım ata bilməyəcəyini demək çətindir. Lakin Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibələrin getdiyi bir zamanda Serbiya da Kosovo üçün hərkətə keçə bilər".

Pərviz

0