Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqını (Aİ) daxili islahatlar və ittifaqın genişlənməsi arasında balans tapmağa çağırıb.
HİT.az xəbər verir ki, onun fikrincə, Aİ islahatları yeni üzvlərin qəbulunu ləngitməməlidir.
"Kiyevdən gətirdiyim əsas mövqeyimiz: Aİ islahatları genişlənmə prosesinin girovuna çevirməməlidir. Biz Avropa İttifaqında islahatlar prosesi ilə davamlı genişlənmə arasında düzgün balans tapmalıyıq", deyə Kuleba Aİ-nin genişlənməsinə dair Berlində keçirilən konfransda bildirib.
O, vurğulayıb ki, Kiyev Aİ-nin lazımi daxili islahatları həyata keçirməsindən daha tez təşkilata üzvlük üçün lazımi dəyişiklikləri həyata keçirməyə qadirdir:
“Əsas məqam ondan ibarətdir ki, genişlənmə ləyaqətə əsaslanmalıdır və islahatlara görə üzvlük gecikməməlidir".
Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Aİ 2030-cu ilə qədər genişlənməyə hazır olmalıdır: “Aİ-nin növbəti strateji gündəmini hazırlayarkən qarşımıza aydın məqsəd qoymalıyıq. Biz hər iki tərəfdən 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq".
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının genişlənməsini tarixin çağırışı və siyasi zərurət hesab etdiyini deyib.
Aİ üzvlüyünə rəsmi namizədlər arasında Albaniya, Monteneqro, Şimali Makedoniya, Serbiya, Türkiyə, Moldova və Ukrayna var. Türkiyə 1987-ci ildən ittifaq üzvlüyünə namizəddir.
Samir