Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa İttifaqının (Aİ) genişlənməsini Ukraynadakı hadisələrdən qaynaqlanan geosiyasi zərurətlə əlaqələndirib.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
"İndi Aİ-də genişlənməli olduğumuz barədə konsensus var. Bu, Ukraynadakı münaqişənin geosiyasi nəticəsidir", deyə Berbok bildirib.
O, vurğulayıb ki, Avropa İttifaqının genişlənməsi bir tərəfdən geosiyasi zərurət, digər tərəfdən isə birləşmə üçün geosiyasi şans kimi görünür.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Aİ 2030-cu ilə qədər genişlənməyə hazır olmalıdır: “Aİ-nin növbəti strateji gündəmini hazırlayarkən qarşımıza aydın məqsəd qoymalıyıq. Biz hər iki tərəfdən 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq".
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının genişlənməsini tarixin çağırışı və siyasi zərurət hesab etdiyini deyib.
Aİ üzvlüyünə rəsmi namizədlər arasında Albaniya, Monteneqro, Şimali Makedoniya, Serbiya, Türkiyə, Moldova və Ukrayna var. Türkiyə 1987-ci ildən ittifaq üzvlüyünə namizəddir.
Samir