Moldova vətəndaşlarının demək olar ki, 30%-i Sovet İttifaqının bərpasını dəstəklədiyini bildirib.
HİT.az bu barədə "Date Inteligente" (iData) şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir.
"SSRİ-nin bərpasını istəyirsinizmi" sualına respondentlərin 28,5%-i müsbət cavab verib. Respondentlərin 62,7%-i bunun əleyhinə olub, digər 8,7%-i isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edilir ki, şirkətin oktyabrın 22-dən 29-dək ölkənin 353 yaşayış məntəqəsində keçirdiyi sorğuda 1322 nəfər iştirak edib.
Samir