Misir gələcəkdə Qəzza zolağının beynəlxalq qüvvələr və İsrail tərəfindən idarə olunması təklifini rədd edib.
HİT.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr deyirlər ki, Qahirə Qəzzanın gələcəkdə İsrail və beynəlxalq iştirakla idarə oluna biləcəyi təkliflərini rədd edib.
Bundan əvvəl məlum olub ki, İsrail və ABŞ HƏMAS yaraqlılarının anklavdan sıxışdırılacağı təqdirdə mümkün layihələrdən biri kimi Qəzza zolağında beynəlxalq kontingentin yerləşdirilməsi variantlarını müzakirə ediblər.
İsrailin nöqteyi-nəzərindən ən məqbul variant ABŞ, Fransa, Almaniya və İngiltərə hərbçilərindən ibarət beynəlxalq koalisiyanın Qəzza zolağına müvəqqəti nəzarət etmə variantıdır.
İkinci variant çoxmillətli qüvvələr qəlibində sülhməramlılar və Sinay yarımadasına müşahidəçilər cəlb etməkdir. İsrail bu variantı Qəzzanın şərtləri üçün də uyğun hesab edir.
Üçüncü variant Qəzzanın BMT-nin himayəsi altında müvəqqəti idarə olunmasıdır. İsraildə bu layihə BMT-nin faydasızlığına görə səmərəsiz hesab olunur.
Samir