Estoniya Rusiya vətəndaşlığını qəbul edənləri deportasiya edə bilər

DÜNYA
19:00 / 02.11.2023
674

Estoniyanın daxili işlər naziri Lauri Laanemets bildirib ki, Rusiya vətəndaşlığını qəbul etmiş sakinlər deportasiya oluna bilər. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Biz çalışırıq ki, kimsə Rusiya vətəndaşlığını qəbul edərsə, Estoniyada yaşamaq icazəsi ləğv edilsin. Estoniya daha çox Rusiya vətəndaşının ölkəyə gəlməsinə icazə verməyəcək", deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiya pasportu ilə Estoniyaya sadiq olan şəxsi təsəvvür etmək çətindir.

Bundan əvvəl Estoniyada gömrükçülər Rusiya Federasiyasından taxta çıxarılmasına qadağa qoyulduğu üçün Rusiyadan gələn turistlərdən iki taxta asılqan müsadirə ediblər. Turistlərdən birinin sözlərinə görə, sərhədçilər 600 avro cərimə ödəməyi və ya asılqanları utilizasiyaya göndərməyi xahiş ediblər. O, əşyaları gömrükdə buraxmalı olub. 

Samir

0